Lənkəranda küçədə meyit tapılıb - YENİLƏNİB
    • 2-12-2022, 20:54
    • 353

Lənkəranda küçədə meyit tapılıb - YENİLƏNİB

Bu gün axşam saatlarında Lənkəran şəhərində meyiti tapılan şəxsin kimliyi müəyyən olunub.

Meyiti tapılan şəxsin 1976-cı il təvəllüdlü, Lənkəran şəhər sakini Tahir Cəlal oğlu Yusubov olduğu bildirilir.

Məlumata görə, Tahir Yusubov tikintidə fəhlə işləyirmiş.

**

18.57

Lənkəranda küçədə meyit aşkarlanıb.


Meyit şəhərin Şəhidlər xiyabanı küçəsində tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Təqribən 50-55 yaşlarında olan kişinin meyiti ərazidən götürülərək müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır./APA/