Xəzər dənizi sahilində 2500-ə yaxın suiti ölü tapıldı
    • 5-12-2022, 11:52
    • 283

Xəzər dənizi sahilində 2500-ə yaxın suiti ölü tapıldı

Xəzər dənizi sahilində 2500-ə yaxın suiti ölü tapılıb.

News24.az xəbər verir ki, bu barədə Dağıstanın Təbii Sərvətlər və Ekologiya Nazirliyi sosial media hesabında məlumat verib.

Verilən açıqlamada bildirilir ki, suitilərin kütləvi ölüm səbəbi məlum deyil.

Nazirlik əlavə edib ki, son 10 ildə ilk dəfədir ki, Xəzər dənizində suitilərin bu qədər çox ölümü baş verib.

Qeyd edək ki, nəsli kəsilməkdə olan Xəzər suitisi “Xəzər faunasında yeganə dəniz məməlisi” kimi tanınır.

Qumral Əliyeva