“Xəzər-1” üzən qazma qurğusunda yanğın
    • 25-06-2019, 09:33
    • 1 253

“Xəzər-1” üzən qazma qurğusunda yanğın

Xəzər dənizində yanğın hadisəsi baş verib.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhərinin Səbail rayonunda, Xəzər dənizində (sahilə yaxın ərazidə) “Xəzər-1” üzən qazma qurğusunun (fəaliyyət göstərməyən) üçmərtəbəli yaşayış blokunun 2-ci və 3-cü mərtəbələrinin yanar konstruksiyaları 250 m² sahədə yanıb. Qurğunun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb