Toğanalı-Kəlbəcər yolunda hərəkət dayanıb - FOTO
    • 5-12-2022, 23:38
    • 248

Toğanalı-Kəlbəcər yolunda hərəkət dayanıb - FOTO

Toğanalı-Kəlbəcər yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

APA-nın yerli bürosu xəbər verir ki, yolun bağlanmasına səbəb ötən gündən yağan qarın buz bağlaması nəticəsində MAN markalı yük avtomobilinin sürüşməsi olub. Yük maşının yolun mərkəzi hissəsində hərəkətsiz qalması hərəkəti dayandırıb.

Hazırda müvafiq qurumların əməkdaşları əraziyə cəlb olunub. Hərəkətin bərpa olunması istiqamətində işlər aparılır. Qeyd edək ki sözügedən yol artıq buz bağlayıb.