Meyiti tapılan Rauf əsgərlikdən yeni qayıdıbmış – Dostu ilə birgə öldü

Meyiti tapılan Rauf əsgərlikdən yeni qayıdıbmış – Dostu ilə birgə öldü
HADİSƏ

6-12-2022, 10:33

Mətn ölçüsü

Dünən axşam saatlarında Sumqayıt şəhəri 13-cü mikrorayonda mənzildə iki gənc qazdan boğularaq ölüb.

News24.az-ın əldə etdiyi məlumata görə, ölən şəxslərdən 2003-cü il təvəllüdlü Rauf Ruslan oğlu Hacıyev hərbi xidmətdən yeni qayıdıbmış.

O, dostu, 1990-cı il təvəllüdlü Namiq Mikayıl oğlu Əliyevlə evdə olarkən sobadan sızan qazdan zəhərlənmələri səbəbindən vəfat ediblər.

Ölən şəxslərin meyitii axşam evə gələn Raufun anası aşkar edib.

Faktla bağlı araşdırmalar aparılır.