Dünyanın ən maraqlı qadağaları
    • 7-12-2022, 12:30
    • 231

Dünyanın ən maraqlı qadağaları

Dünyanın bütün ölkələrində demək olar ki, müəyyən qanunlar var. Bəzi ölkələrin öz vətəndaşlarına tətbiq etdiyi qadağalar isə maraqlı və fərqlidir.

News24.az dünyanın ən fərqli və maraqlı qadağalarını təqdim edir:

1.İsveçrədə axşam saat 10-dan sonra sifondan istifadənin qadağandır.

2.Taylandda kralın şəkli olduğu üçün pula ayaq basmaq qəti qadağandır. Bununla belə, ölçüsündən asılı olmayaraq hər hansı bir Budda heykəlinin qarşısında ayağı uzatmaq ciddi şəkildə hörmətsizlik sayılır.  

3.ABŞ-ın Pensilvaniya ştatında bəylə gəlin sərxoş olarsa, mərasim ləğv edilir. Bundan əlavə, soyuducunun qapısı açıq halda yuxuya getmək və hamamda mahnı oxumaq da qadağandır.

4.Kanadada marqarin satışı qadağandır.

5.İtaliyanın Eraclea şəhərində çimərlikdə qumdan qala tikmək qadağandır. Səbəb insanların gəzintiyə və çimərlikdə vaxt keçirməsinə mane olmasıdır.

Qumral Əliyeva