-
- 7-12-2022, 14:59
- 219
Morqa göndərilən kişi SAĞ İMİŞ...
Braziliyida qeyri-adi hadisə baş verib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı kişi səhvən meyitxanaya ölü kimi göndərilib. Hadisədən 5 saat sonra isə həmin şəxsin sağ olduğu bilinib.
Həkimlər noyabrın 29-da 62 yaşlı Xose Ribeyro da Silvanın öldüyünü elan ediblər. Ölüm səbəbi ağız xərçənginin ağırlaşması kimi göstərilib.
Da Silva cəsəd torbasına qoyulduqdan sonra xəstəxanadan 100 kilometr aralıda yerləşən morqa göndərilib.
Ertəsi gün səhər saatlarında morq işçisi torbanı açıb və adamın sağ olduğunu görüb. O, yenidən xəstəxanaya yerləşdirilib.
Sonradan məlum olub ki, Da Silvanın həkimlərindən biri onun çətinliklə nəfəs aldığını görüb və öldüyünü elan edib.
Əslində isə bütün bu müddət ərzində kişi boğazına daxil edilmiş traxeostomiya borusu ilə nəfəs alıb.
Teymur Məmmədov