Azərbaycanda 2 milyondan artıq insan piylənmədən əziyyət çəkir
    • 8-12-2022, 16:24
    • 297

Azərbaycanda 2 milyondan artıq insan piylənmədən əziyyət çəkir

“Artıq çəki kifayət qədər ciddi problemə çevrilib. Azərbaycanda 2 milyondan artıq insan piylənmədən əziyyət çəkir. Bu da əhalinin 20 faizini təşkil edir. Piylənmənin və artıq çəkinin qarşısını almaq mümkündür". 

News24.az
xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Sağlam çəkiyə doğru" layihəsinin təqdimat mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

O qeyd edib ki, Sağlamçəki.az portalı istifadəyə veriləcək: "Düşünürəm ki, bu portal çox xeyirli olacaq".

Z.Əliyev xatırladıb ki, əgər 2020-ci ildə ölkədə şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin sayı 250 min idisə, ötən il bu rəqəm 310 minə yaxınlaşıb.

Məhərrəm Əliyev