-
- 8-12-2022, 19:08
- 2 491
Mədəniyyət Nazirliyində yer-yerindən oynayacaq - Kukla Teatrının direktorundan SENSASİON İDDİALAR: "SİFARİŞLİDİR..."
"Dekabr ayında Kukla Teatrının 90 illiyi oldu. Bütün söz-söhbət həmin tədbir və ondan sonrakı dövrdə baş verdi. Birinci müsahibəmdə az təzyiq olundu, daha sonra yubiley günündə keçmiş nazir müavini ilə aramızda olan söhbətimizdən sonra birdən-birə bütün teatrların dövlət planı aşağı salındı. Bizim plan 65 min idi. 91 minə çatdırdılar. İstisna biz idik ki, planımız qaldırıldı. Etirazımdan sonra 8 min aşağı saldılar. Səhv etmirəmsə, iyul ayında bu məsələ ilə razılaşmadığımı bildirdim".
News24.az-ın məlumatına görə, bunu Mədəniyyət Nazirliyinin Azərbaycan Dövlət Kukla Teatrında apardığı və hələ də davam etdirilən yoxlamaları ilə bağlı keçirilən mətbuat konfransında direktor Rəşad Əhmədzadə deyib.
O bildirib ki, Mədəniyyət Nazirliyinin yoxlamaları ilə bağlı ilk gündən narazı idi: "Əmr bizə gəlib çıxmamış komissiya üzvləri teatrda yoxlamalara başladı. Yoxlama məsələlərini teatrla əlaqələndirməyə çalışdılar. Mən onlara bildirdim ki, bu yoxlamalar əmrsizdir, ancaq siz rəhbər təşkilat olduğunuz üçün komissiyanı içəri buraxıram. Komissiya sonradan əmr gətirdi, amma o da əsassız idi. Birinci əmrdə imza və möhür yox idi, etiraz etdim, ikinci əmri gətirdilər. İkinci əmrə də etiraz etdim. Belə anladım ki, nə nazir, nə də nazirliyin yüzdən artıq əməkdaşı Kukla Teatrının adını bilmir. Bizim teatrın adı Azərbaycan Dövlət Kukla Teatrıdır, əmrdə Abdulla Şaiq adına Dövlət Teatrı yazılmışdı".
Direktor daha sonra sözlərinə belə davam edib: "Fərəh xanım ( Fərəh Acalova - nazirliyin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri ) mənə dedi ki, siz mətbuatı sakitləşdirin, cənab nazir sizinlə görüşsün. Ona bildirdim ki, mətbuata heç nə deməmişəm, özləri araşdırıblar. Mətbuata böyük hörmətim var. Çünki jurnalist çörəyini yemişəm. Yenə də Fərəh xanıma bildirdim ki, çalışaram, mətbuatı sakitləşdirim.
Bir neçə gün sonra nazirlə görüşdüm. Ona dedim ki, neçə ildir çalışırsınız, amma bizim kollektivlə görüşməmisiniz. Çox istərdik ki, kollektivimizlə görüşəsiniz.
Nazirlə görüşdən sonra yoxlamalar daha da sərtləşdi. Komissiya üzvləri insanları sıxışdırmağa çalışırdılar. Əməkdaşımız rəssam Rəna Abbasova çağırılanda ona deyiblər ki, "bu şəkilləri siz çəkmisiniz?" Bütün bu məsələlər qəribə gəldi. Nazirə dedim ki, olmaz ki, teatrı yoxlamağa teatrı anlayan insan gəlsin?"
R.Əhmədzadə vurğulayıb ki, teatrın əməkdaşlarının komissiya üzvlərindən şikayət ərizələri var: "Təzyiqlər bu ərizələrdə yer alıb. Bir müddət sonra gördüm ki, işçilərimiz təhqir olunmağa başlayıb.
Əsas məsələlərdən də biri o idi ki, yoxlama başlayan günün səhəri keçmiş baş müsahibin işində böyük nöqsan və mənimsəmə faktı ilə iş açılıb: "Bu mənimsəmə faktına bütün komissiya üzvləri göz yumub. Mənimsəmə faktı odur ki, keçmiş müsahib 4-5 nəfəri çıxmaq şərtilə əmək haqqını az ödəyib.
Artıq teatrlara, ictimai birliklərə təzyiq olunur ki, korrupsiya faktları var. Komissiya üzvləri ilə danışdım ki, korrupsiya söhbəti nədir belə yayılıb? Mənim bütün yaxınlarım, dostlarım, ətrafım qəbul etməz ki, adım korrupsiyada hallansın. Sifarişli olmasının altında təyinat mahiyyəti var. İstənilən yoxlama gəlib nöqsanları araşdıra bilər. Akt yazılmamış kiməsə təzyiq olunur ki, burada korrupsiya aktı var, dediyimiz kimi yazın. Artıq anladım ki, burada böyük oyunlar var. Kiminsə tapşırığı ilə vəzifəyə gəlməmişəm, Kukla Teatrında heç bir rüşvət faktı ola bilməz. Mən hətta 91 min yox, planı 103 min verdim.
Mədəniyyət Nazirliyində sifarişlə işləyən Könül Cəfərovadır. Dövlət qulluqçusu olmadığı halda dövlət qulluqçsunun maaşını alır.
Nazir mənə dedi ki, sizdən mənə heç bir məktub gəlməyib. Mənə maraqlıdır ki, məktublarımıza kimlər nazirin yerinə imza atır?! Azərbaycanda beynəlxalq dərəcəyə çatan iki teatr var - Kukla Teatrı və Pantomima Teatrı".
Direktor vurğulayıb ki, proseslər qanun çərçivəsində olmalıdır: "İşimdə bir nöqsan, yaxud da hansısa digər problemlər varsa, cavab verməyə hazıram, ancaq sifarişli olmasın. Mediaya korrupsiya söhbəti ötürülürsə, deməli, başqa söhbətlər var".
Müəllif: Məhərrəm Əliyev

Foto: Nicat Niftəliyev