Bu ölkədə quş qripinə görə fövqəladə vəziyyət elan edildi - VİDEO
    • 9-12-2022, 10:52
    • 242

Bu ölkədə quş qripinə görə fövqəladə vəziyyət elan edildi - VİDEO

Perunun paytaxtı Lima sahillərində ölü qutanlar quş qripi şübhəsi ilə toplanaraq nümunə götürüldükdən sonra kütləvi şəkildə basdırılıb.

News24.az xəbər verir ki, Limanın cənub sahillərində baş verən kütləvi qutan ölümlərindən sonra hərəkətə keçən ölkənin Milli Kənd Təsərrüfatı Xidməti qrupu ölü quşları basdırdıqdan sonra H5N1 (quş qripi) şübhəsinə qarşı tədbir gördü.

Peru hökuməti isə 13 min qutan quşunun quş qripi səbəbilə tələf olduğunu açıqlayıb. Buna görə də ölkə daxilində 90 günlük fövqəladə vəziyyət elan edilib. /Haber Global/

Teymur Məmmədov