-
- 16-01-2019, 12:10
- 842
Rusiyada 15 yaşında ana olan azərbaycanlı qızın əhvalatı
15 yaşlı azərbaycanlı qız Həştərxanda dünyaya gətirdiyi övladını böyük bacısının adına keçirib. Bir müddət sonra isə bu qərar ana və övladı üçün dəhşətli nəticələrə səbəb olacaqdı.
Həştərxan vilayətinin uşaq hüquqları üzrə müvəkkili Aleksandra Bondarevaya regionda yaşayan Azərbaycan vətəndaşı müraciət edib.
O, başına gələn hadisəni danışıb. Qadının sözlərinə görə, 15 yaşı olan zaman övlad dünyaya gətirib. Bu zaman o, övladını böyük bacısının adına yazdırıb. Yeri gəlmişkən, həmin şəxs də Azərbaycan vətəndaşıdır.
Əvvəlcə hər şey normal axarında davam edirdi. Qadın övladı ilə birlikdə qalır, onun tərbiyəsi ilə məşğul olur, körpənin qeydinə qalırdı. Ancaq bir müddət sonra qadının bacısı Həştərxan vilayətindən vətəninə deportasiya edilib. Bu zaman körpə də sənəddə göstərilmiş anası ilə göndərilib.
Gənc anaya ombudsmana müraciət etmək məsləhət görülüb. Ombudsman isə öz növbəsində onun məhkəməyə müraciət etməsinin vacibliyini bildirib.
Ancaq ananın məhkəmədə təyin edilən genetik ekspertizadan keçməyə pulu olmadığı üçün Uşaq müvəkkili Həştərxandakı “Azərbaycan” milli mədəniyyət ictimai təşkilatının sədri Vahid Rəhimova müraciət edib. V.Rəhimov qadına maliyyə yadımı edib və məsələ xoşbəxtliklə nəticələnib. Körpə anasına qaytarılıb.