Mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürüldü
    • 10-12-2022, 14:56
    • 379

Mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürüldü

9 dekabr 2023-cü il tarixdə TÜRKSOY-un 2022-ci il "Bursa- Türk  mədəniyyət paytaxtı ili"nin rəsmi bağlanış mərasimi keçirildi.  Tədbirin bağlanış mərasimində  mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürüldü. Simvol Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova  Bursa Böyükşəhər bələdiyyə rəhbəri Alinur Aktaş tərəfindən təhvil verildi. 

News24.az xəbər verir ki, TÜRKSOY-un baş direktoru Sultan Rayev, Türk Dövlətləri Təşkilatının baş direktoru Kubanıçbek Ömüraliyev, Bursa valisi Yakub Canbolat, Bursa Böyükşəhər bələdiyyə rəhbəri Alinur Aktaş çıxışlarında zəngin tarixi və mədəni irsin beşiyi, dahi şəxsiyyətlərin vətəni, keçilməz qala olan Şuşanın  "2023-cü il Türk dövlətlərinin  mədəniyyət paytaxtı" elan olunmasını tarixin yeni və möhtəşəm səhifəsi adlandırdılar. 

Çıxış edənlər bu hadisənin ümidverici, qürurlu və çox böyük önəm daşıdığını xüsusi qeyd etdilər.