"Tək qalıram, onlara mane olmaq istəmirəm" - Ofeliya Sənani
    • 10-12-2022, 20:08
    • 514

"Tək qalıram, onlara mane olmaq istəmirəm" - Ofeliya Sənani

"Tək yaşayıram, pişiklərimlə qalıram. Nəvələrim, nəticələrim də var. Amma onlara mane olmaq istəmirəm".

News24.az xəbər verir ki, bu sözləri Xalq artisti Ofeliya Sənani "Günaydın, Azərbaycan" proqramına müsahibəsində deyib.

81 yaşlı aparıcı maraqlı fikirləri ilə diqqət çəkib.

"Evdə oturmaq darıxdırıcı olmur. Səsyazmalara gedirəm, uşaqlar üçün nağıllar oxuyuram. Çünki uşaqları çox sevirəm, onlar üçün ürəkdən səsləndirirəm. Həftənin birinci günü 5-6 səsyazmanı edirəm, sonra da qulaq asıram. Televiziya izləyirəm, 4 televizorum var”.