Azərbaycan gimnastı Almaniyada qızıl medal qazandı - FOTO
    • 11-12-2022, 17:57
    • 232

Azərbaycan gimnastı Almaniyada qızıl medal qazandı - FOTO

Azərbaycanın bədii gimnastı Leyli Ağazadə Almaniyanın Leverkuzen şəhərində keçirilən dördüncü “Qış kuboku" yarışında qızıl medal qazanıb.

News24.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, milli komandamızın üzvü lentlə hərəkətlərin icrasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daha əvvəl Alina Məmmədova topla hərəkətlərdə ikinci yeri tutub.