Pənah Hüseyn yenidən partiya sədri seçildi
    • 11-12-2022, 20:16
    • 305

Pənah Hüseyn yenidən partiya sədri seçildi

Azərbaycan Xalq Partiyasının 5-ci qurultayı keçirilib.

News24.az xəbər verir ki, sabiq Baş nazir Pənah Hüseyn yenidən AXP-nin sədri seçilib. Qurultayda AXP sədri və MNTK-nın hesabataları dinlənilib və qənaətbəxş hesab edilib.

AXP nizamnaməsi və proqramına dəyişikliklər və əlavələr edilib. İdarə Heyəti və MNTK-nın tərkibi seçilib.

Qurultayın işində AMİP sədri A.Əlizdə, Ağ Partiya sədri T. Abbaslı, BAP sədri V.Qasımlı və Qarabağ Komitəsinin sədri S.Məmmədli təbrik çıxışları edib.