O, Bəstəkarlar İttifaqının sədri seçilib - FOTO
    • 30-10-2019, 13:48
    • 913

O, Bəstəkarlar İttifaqının sədri seçilib - FOTO

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının X qurultayı keçirilib.

Azərbaycan Bəstəkarlar İttifaqından News24.az-a verilən məlumatına görə, əvvəlcə İttifaqa 21 nəfərlik yeni İdarə Heyəti seçilib.

Daha sonra açıq səsvermədə qurultay iştirakçıları Xalq artisti Firəngiz Əlizadəni yenidən Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin sədri seçib.

Sevda Bayramova