Metro keçidində oğurluq edən şəxs saxlanıldı
    • 12-12-2022, 11:09
    • 187

Metro keçidində oğurluq edən şəxs saxlanıldı

Dekabrın 9-da metro stansiyalarının birinin keçidində Xaçmaz rayon sakini olan qadının içərisində pulu, qızıl boyunbağısı və bank kartı olan cüzdanının qeydi-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. 

News24.az-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Tərtər rayon sakini Elməddin Şirəliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.