-
- 12-12-2022, 17:51
- 406
Sülhməramlıların çıxış yolu qalmadı, labirintdə SON DAYANACAQ... - ŞƏRH
“Şuşa yolunda keçirilən aksiya Rusiya sülhməramlılarının Qarabağ iqtisadi rayonunda törətdiyi təxribatlara adekvat cavabdır və əslində, başqa çıxış yolu da görünmürdü. Çünki Azərbaycan öz suveren ərazisində ekoloji monitorinq keçirmək istəyir. Təbii sərvətlərimizin talandığına dair kifayət qədər fakt var. Beynəlxalq hüquq və ölkə qanunvericiliyi imkan verir ki, Azərbaycan hərbi müdaxilə ilə öz suveren ərazisində baş verən qanunsuzluqları aradan qaldırsın. Lakin rəsmi Bakı mövcud razılaşmalara sadiq qalaraq, monitorinqin keçirilməsinə şərait yaradılması üçün sülhməramlı kontingentin rəhbərliyinə müraciət etdi”.
Bunu News24.az-a açıqlamasında siyasi analitik Asif Nərimanlı deyib.
Politoloq daha sonra sözlərinə belə davam edib: “Aparılan danışıqlardan belə nəticə çıxdı ki, sülhməramlılar bizə şəraitin yaradılması ilə bağlı söz veriblər. Amma nümayəndə heyəti ərazidə monitorinqə başlayanda Ruben Vardanyan başının dəstəyi ilə peyda oldu və prosesin qarşısını aldı.
Bəllidir ki, bu sülhməramlıların təşkil etdiyi oyundur. Bakıya “yox” deyə bilməyən ruslar “mülki təxribat”la monitorinqin qarşısını almaq gedişini etdilər. Azərbaycanlılar da Şuşa yolunda oturaq aksiyaya başlamaqla bu təxribata adekvat, həm də doğru seçimlə cavab verdi”.
A. Nərimanlı vurğulayıb ki, hazırda sülhməramlıların seçim imkanı azdır: “Ya tələblərimizi icra etməli, ekoloji monitorinqin aparılmasını və nümayəndə heyətinin təhlükəsizliyini təmin etməlidir, ya da yol bağlı qalacaq. Yolun bağlı qalması da onlar üçün arzuolunmaz vəziyyətdir. Digər tərəfdən, yolu açmaq üçün mülki azərbaycanlılara müdaxilə edə bilməyəcəklər. Onlar üçün mürəkkəb vəziyyət yaranıb. Fikrimcə, bir neçə gün prosesi uzatmağa və nəsə əldə etməyə çalışacaqlar. Müəyyən təxribatlara əl atacaqları, xüsusilə erməni əhalisinin “aksiyasını” təşkil edəcəkləri də istisna deyil. Hərçənd, azərbaycanlıların aksiyasının nəticə əldə olunanan qədər davam edəcəyi gözləntisi daha böyükdür”.