-
- 13-12-2022, 14:56
- 260
Xarabalıqda meyiti tapılan şəxs qazi imiş
Dekabrın 6-da Şirvan şəhərində istifadəsiz qalmış binada asılmış meyiti tapılan 32 yaşlı Nadir Nizami oğlu Abbasovun Vətən Müharibəsi qazisi olması məlum olub.
News24.az-ın əldə etdiyi məlumata görə, Nadir Abbasov Vətən Müharibəsində iştirak edib. O, müharibədən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə də təltif edilib.
Qeyd edək ki, intihar edən qazidən xəbər ala bilməyən ailəsi dekabrın 5-də polisə müraciət edib.
Onlar Nadirin itkin düşdüyünü bildiriblər. 1 gün sonra isə ailəli, 2 uşaq atası olan şəxsin Şirvan şəhəri Mehmandarov küçəsində istifadəsiz qalan hamamın binasında özünü asması məlum olub.