Azərbaycanda ŞOK HADİSƏ - İtkin düşmüş şəxsin asılmış meyiti tapıldı
    • 8-12-2022, 10:47
    • 254

Azərbaycanda ŞOK HADİSƏ - İtkin düşmüş şəxsin asılmış meyiti tapıldı

Şirvanda itkin düşmüş şəxsin meyiti tapılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Şirvan şəhəri Mehmandarov küçəsində qeydə alınıb.

Dekabrın 5-də itkin düşən və polis tərəfindən axtarışa verilən 1986-c il təvəllüdlü Nadir Abbasovun meyiti Mehmandarov küçəsində asılı vəziyyətdə aşkar edilib. Belə ki, həmin küçədə yerləşən və istifadə olunmayan hamamda 36 yaşlı şəxsin meyitinin tapılması barədə məlumat daxil olub.

Onun özünü asaraq həyatına son qoyduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Taleh BAĞIROV