28 yaşlı kişi ürəyindən bıçaqlanaraq qətlə yetirildi
    • 21-07-2018, 09:58
    • 1 003

28 yaşlı kişi ürəyindən bıçaqlanaraq qətlə yetirildi

İyulun 20-dən 21-nə keçən gecə Bakıda qətl törədilib. Hadisə Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində baş verib.
 
News24.az-ın məlumatına görə, 1990-cı il təvəllüdlü Rəşad Əliyev 3-cü mikrorayon dairəsi yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb. O, ətrafdakıların köməkliyi ilə 1 saylı Xəstəxanaya çatdırılıb. Ancaq xəsarəti ağır olduğundan, həkimlər ürək nahiyəsindən bıçaqlanan R.Əliyevi xilas edə bilməyib.
 
Faktla əlaqədar Nəsimi polisi də əməliyyat-axtarış tədbirlərinə başlayıb.