Əli Əsədov Tbilisidə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
    • 15-12-2022, 17:34
    • 236

Əli Əsədov Tbilisidə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Dekabrın 15-də Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib.

Bu barədə News24.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir və Azərbaycanın rəsmi nümayəndə heyətinin üzvləri Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər, abidəsi önünə əklil qoyublar.