-
- 16-01-2019, 18:45
- 1 224
Lionel Messi 400-cü qolu haqqında danışıb
“Barselona” futbol klubunun kapitanı Lionel Messi İspaniya çempionatında növbəti rekordu haqqında danışıb.
Futbolçu yanvarın 13-də “Eybar”la matçda 400-cü qola imza atdığına görə qürur duyduğunu bildirib: “Ümidvaram ki, bundan sonra da qol vurmağa davam edəcəyəm. Mən rekord və rəqəmlərə o qədər də diqqət etmirəm. Ona görə də qolları yox, hər gün növbəti oyunlarda qalib gəlmək üçün lazım olan xalları necə əldə edəcəyimizi və titul uğrunda mübarizəni düşünürəm. Komandaya kömək etməyə çalışıram, amma burada yalnız qollar əsas deyil”.
Qeyd edək ki, argentinalı 400 qolu 435 matça vurub. İspaniya çempionatları tarixində ən yaxşı bombardirlərin siyahısında ikinci yeri “Real”ın keçmiş hücumçusu Kriştianu Ronaldu tutub (311 qol).
//AZƏRTAC