Azərbaycanlı Ukraynada prezidentliyə namizəd oldu
    • 17-01-2019, 10:37
    • 868

Azərbaycanlı Ukraynada prezidentliyə namizəd oldu

Ukrayna Ali Radasının (parlament) keçmiş deputatı, ölkənin Fiskal Xidmətinin keçmiş rəisi, milliyətcə azərbaycanlı Roman Mikayıl oğlu Nəsirov ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürüb.

R.Nəsirəv artıq sənədlərini Ukrayna Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

R.Nəsirovun reytinqi ölkədə yüksək qiymətləndirilmir. Buna səbəb onun son tutduğu vəzifədən (Fiskal Xidmətin rəisi) korrupsiya əməllərinə görə kənarlaşdırılması, buna görə həbs olunmasıdır.

Xatırladaq ki, əslən Azərbaycanın Goranboy rayonundan olan R.Nəsirov Ukraynada azərbaycanlıların diaspor və yaxud milli özfəaliyyətində iştirak etmir.

Qeyd edək ki, Ukraynada seçki kampaniyasına dekabrın 31-dən başlanılıb, seçkilər martın 31-də baş tutacaq. MSK artıq 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb.

//Report