26 məhbus həbsxanadan qaçdı
    • 19-12-2022, 13:12
    • 180

26 məhbus həbsxanadan qaçdı

Livanın şərqindəki Biqa vadisindəki həbsxanadan 26 məhkum qaçıb.

News24.az-ın Livanın rəsmi agentliyi NNA-ya istinadla verdiyi xəbərə görə, Biqa vadisindəki "Cub Jen"in həbsxanasında saxlanılan 26 məhbus səhər saatlarında havalandırma şaftından həbsxananı tərk edib.

Hadisədən sonra təhlükəsizlik strukturlarının başlatdığı əməliyyatda bu günə qədər 1 məhbus saxlanılıb.

Hesabatda bildirilir ki, qaçan məhbusların əksəriyyəti mal və silah qaçaqmalçılığına görə həbs edilib.