Nigeriyada yüzlərlə məhbus HƏBSXANADAN QAÇDI
    • 5-04-2021, 12:29
    • 407

Nigeriyada yüzlərlə məhbus HƏBSXANADAN QAÇDI

Yüzlərlə məhbus Nigeriyanın Overri şəhərindəki mərkəzi həbsxanadan qaçıb.

News24.az
xəbər verir ki, bu barədə "Vanguard" qəzeti məlumat yayıb. Bildirilib ki, naməlum şəxslərdən ibarət silahlı qrup həbsxanaya hücum edib və  bir polis öldürülüb.

Hadisə şahidinin sözlərinə görə, silahlılar həbsxananı 1 saat ərzində nəzarətə götürüblər. Həmçinin silahlı qrupun hərbi nömrəli avtomobildə həbsxananın əsas girişinə gəldiyi bildirilib.

Hazırda həbsxanaya əlavə hərbi qüvvələr göndərilib. Qaçan məhbusların axtarışı davam etdirilir.