-
- 19-12-2022, 17:23
- 946
Şuşa-Xankəndi yolundakı aksiyaların aqibəti necə olacaq? - Ekspert AÇIQLADI
"Şuşa-Xankəndi yolundakı aksiyalar vacibdir, bu, dövlətin strateji müdafiə reflekslərinin xarici qüvvələrə qarşı xalq tərəfindən dəstəklənməsidir".
Bunu News24.az-a açıqlamasında siyasi analitik Aqşin Kərimov deyib.
Ekspert bildirib ki, aksiyaların hansı istiqamətə yön alacağı Azərbaycanla Rusiyanın razılaşma səviyyəsindən asılıdır: "Aksiyaların sonlanması üçün Bakı ilə Moskva bir neçə istiqamət üzrə razılıq əldə etməlidir.
Birinci, Bakı ilə Moskva Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki təbii sərvətlərin birgə istismarına dair razılığa gələ bilər.
İkinci, Azərbaycanb Ruben Vardanyanın öz ərazilərindən getməsini tələb edir və Moskva bu çağırışa cavab verməlidir.
Üçüncü, Rusiya qanunsuz erməni dəstələrinin Azərbaycan ərazilərindən çıxarılmasında iştirak etməlidir, çünki Bakı 10 Noyabr Bəyanatının 4-cü maddəsinə tövsif edərək belə tələb səsləndirir.
Üç istiqamət və ya bunlardan biri üzrə həlledici razılaşmalarıın olacağı təqdirdə aksiyalar dayanacaq".
O əlavə edib ki, bu, o demək deyil ki, Azərbaycan mübahisəli qala biləcək digər məsələlərin həllini tapması üçün səy göstərməyəcək, əksinə, Bakı Moksvaya proseslərin sonrakı axarında tələblərini yenidən çatdıracaq: "Hesab edirəm ki, Vardanyan amili üzrə Rusiyanın daha böyük planı var, yəni Moskvanın Vardanyanı sırf Qarabağla məhdudlaşdırması inandırıcı görünmür.
Azərbaycan bu plandan xəbərdardır, hərçənd ki, Kremlin böyük planından danışsaq da, onun detallarını bilmirik. Versiya kimi bu fikri səsləndirə bilərik ki, Rusiya Vardanyanı Ermənistanda hansısa vəzifə üçün hazırlaya bilər.
Ona görə də, Azərbaycan ilk növbədə Vardanyanın ölkə ərazisindən çıxıb getməsi tələbini gücləndirəcək. Çünki artıq o zaman deyil ki, kimsə Qarabağdan Ermənistanın hakimiyyət kuluarlarına yol tapsın, Bakı bunun təhlükəli presedent olacağını başa düşür".