-
- 12-12-2022, 12:36
- 243
Qarabağda sülhməramlıların məramından uzaq addımlarının nəticəsi necə olacaq? – ŞƏRH
“Azərbaycan dövləti və xalqı ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə istinad edərək torpaqlarımızın mədəni sərvətlərinin talanmasına qarşı birgə əzm nümayiş etdirir. Azərbaycan Konstitusiyasına əsasən, təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına, mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Yəni Şuşa-Xankəndi yolundakı aksiyalar həm də konstitusion tələblərin səsləndirilməsidir və Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları bundan dərs çıxarmalıdır”.
Bunu News24.az-a açıqlamasında siyasi analitik Aqşin Kərimov deyib.
O bildirib ki, Ağdərədəki qızıl yataqlarının qanunsuz istismarı məsələsi Rusiyanın üzərinə xeyli şübhələrin yönləndirilməsi üçün əsaslar yaradır: “Çünki Moskvanın təlimatı əsasında sülhməramlı kontingentin xeyir-duası olmadan Azərbaycan ərazilərindəki təbii sərvətlərə qənim kəsilməsi çətin məsələdir. Bu şübhələr Rusiya sülhməramlı qüvvələrinin mandat və funksiyasına uyğun olan praktiki xidmətini sual altına qoyur”.
Ekspert əlavə edib ki, böyük planda Azərbaycan Xankəndi, Xocalı, Xocəvənd və Ağdərə şəhərlərində mütləq suverenlik hüququnu bərpa etmək əzmini göstərir və hələlik bunu hibrid əməliyyatlarla reallaşdırır: “Sonrakı mərhələlərdə bir nəticə hasil olmasa, Azərbaycan dövləti və xalqı etiraz olaraq başqa tədbirlər seçəcək, bunlar da prosesə Bakının xeyrinə nöqtə qoymasa, o zaman hərbi güc tətbiq ediləcək.
10 Noyabr Bəyanatı 3 “yaşının” içərisində olarkən Azərbaycanın atdığı addımlar həmin sənədin 4-cü bəndinin yerinə yetirilməsi baxımından xüsusi önəmə malikdir. Azərbaycan gözəl gediş edərək “üzərinə öhdəlik yüklənmiş Rusiya və Ermənistan bunu etməsə, mən özüm təkbaşına icra edəcəyəm” mesajını verir”.