-
- 20-12-2022, 16:28
- 324
Putindən müharibə ilə bağlı etiraf: Vəziyyət çox ağırdır!
Fevralın 24-dən davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putindən yeni açıqlama gəlib.
News24.az xəbər verir ki, Putin Rusiyanın Ukraynada ilhaq etdiyi dörd bölgədə vəziyyətin “son dərəcə ağır” olduğunu bəyan edib.
O bildirib ki, Rusiya təhlükəsizlik orqanları “yeni region”larda təhlükəsizliyin təminatı, vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün maksimum dərəcədə hər şeyi etməlidirlər: “Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində vəziyyət olduqca ağırdır”.
Putinin çıxışı Belarus səfərindən sonra baş tutub. Sözügedən səfər Rusiyanın Ukraynaya qarşı yeni cəbhə açmaq üçün Belarusdan yardım ala biləcəyi ilə bağlı narahatlıqları artırsa da, Kreml bu iddiaları təkzib edib.