Şəhid Bayram Babaşovun xatirəsinə həsr olunmuş tamaşa nümayiş olundu
    • 20-12-2022, 18:49
    • 181

Şəhid Bayram Babaşovun xatirəsinə həsr olunmuş tamaşa nümayiş olundu

Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi Bayram Babaşovun xatirəsinə həsr olunmuş tamaşa nümayiş olunub.

News24.az xəbər verir ki, tamaşa Cəlilabad rayon Heydər Əliyev Mərkəzində baş tutub.

“Qəhrəmanlıq salnaməsi” adlı tamaşada rayon rəsmiləri, mədəniyyət nümayəndələri, şəhid və qazı ailələri, həmçinin gənclər iştirak edib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Masallı və Cəlilabad Xalq Teatrı aktyorlarının iştirakı ilə hazırlanmış tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, tamaşa ikinci Qarabağ döyüşlərində iştirak etmiş şəhid Bayram, qazı Nurlan və Vüqar Babaşov qardaşlarının keçdiyi döyüş yolundan bəhs edir./report.az