-
- 17-01-2019, 14:10
- 1 203
Öyrənməyinizdə fayda olan 6 xarici dil - FOTO
Qloballaşmış əsrdə insanın bir çox xarici dil bilməsi vacibdir.
Çoxumuz düşünürük ki, əsas ingilis dilini bilməyimiz yetərlidir. Əlbəttə, hardasa haqlı görünə bilərk. Çünki ingilis dili beynəlxalq dil olduğu üçün onu bilməyimizdə fayda var. Lakin başqa dilləri öyrənməyimiz və danışa bilməyimiz bizim üçün daha da faydalıdır. Əvvəla ona görə ki, bu, dünyagörüşümüzün artmasında müstəsna rol oynayır. Ən əsası isə çox dil bilməyimiz bizim üçün daha da geniş üfüqlər açır, eləcə də karyeramızı inkişaf etdiməyimiz üçün daha da faydalı fürsətlər yaradır.
Bu yazıda öyrənməyiniz vacib olan əsas 6 xarici dildən söz açılır. Əgər maraq və həvəsiniz varsa, sözügedən dilləri indidən öyrənməyə başlamağınızı əvvəlcədən tövsiyə edirik.
1. Alman dili:
Almaniya hazırda dünyanın ən inkişaf etmiş ölkələri sırasındadır. O iqtisadiyyat baxımından uzun illərdir avropanın lider ölkələri sırasında durur. Bu baxımdan, əgər iqtisadiyyat üzrə karyeranızı genişləndirmək tmək istəyirsizsə, mütləq alman dili kursuna yazılın. Bunun faydasını zamanla görəcəksiz.
2. Çin dili:
Çin dövləti böyük addımlarla inkişafa doğru gedir. Beynalxalq bizneslə məşğul olan dünyanın bir çox şirkətləri Çində yerləşən şirkətlərlə əməkdaşlığa can atırlar. Demək ki, çin dilini bilən əməkdaşlara daha da çox ehtiyac olunacağı istisna deyil. Əlbəttə, çin dili o qədər də asan dil deyil. Onu öyrənmək başlanğıcda çətin ola bilər. Lakin dili öyrənmək istəyən hər kimsə iradəsini ortaya qoyarsa, buna nail ola bilər. Onsuz da çətinliklər onları aşmaq üçündür.
3. Hind dili:
Bu gün 500 milyondan çox adam hind dilində danışır. Razılaşın ki, bu, həmin dili öyrənmək üçün tutarlı arqumentdir. Hindistan dünyanın ən maraqlı ölkələri sırasındadır. Hər il ora minlərlə, bəlkə də milyonlarla turistlər axışır. Siz də o turistlərdən biri ola bilərsiz. Üstəlik, hind dilində danışan turist olsaz, bu, hindistanlıların daha da xoşuna gələr.
4. İspan dili:
Bu dil Latın Amerikası ölkələrinin ən doğma dilidir. Nəzərə alsaq ki, istirahət üçün İspaniya və Latın Amerikası ölkələri planetin ən yaxşı ölkələri sayılır, o zaman bu dili öyrənməyiniz mütləqdir.
5. Ərəb dili:
Dünyanın 57 ölkəsi ərəb dilində danışır. Bu bir yana, üstəlik bir çox ərəb ölkələri neft iqtisadiyyatında dünyanın ən qabaqcıl ölkələri sırasındadırlar. Bu səbəbdən bir çox dövlətlər ərəb ölkələri ilə iqtisadi əməkdaşlığa can atır. Ərəb dilini bilənlərə isə bu baxımdan ərəblər daha da böyük üstünlük bilirlər. Siz də karyera üçün iqtisadiyyat sahəsini seçib, gələcəkdə ərəblərlə əməkdaşlıq etməyi planlaşdırırsızsa, o zaman bu dili mütləq öyrənin. Ümumilikdə isə ərəb dilini bilməkdə böyük fayda var.
6. Portuqal dili:
Portuqal dilini bilmək insanın özünə yatırdığı əlverişli investisiya sayılır. Əlbəttə, bu dil ispan dili kimi geniş yayılmayıb. Lakin onu bilmək xüsusilə Cənubi Amerika dövlətlərinin əksəriyyəti ilə iş əməkdaşlığına böyük fayda verir - məsələn, Braziliya kimi böyük ölkə ilə. Braziliya və Portuqaliyadan başqa, bu dildə Cənubi Amerikadan tutmuş Afrikaya qədər dünyanın ən inkişaf etmiş 6 ölkəsi danışır.
Azər NƏSİBOV