Sabah hava necə olacaq?
    • 21-12-2022, 12:55
    • 168

Sabah hava necə olacaq?

Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.