“Yolka”ların üzərindən şəhidlərin fotolarını asmaq doğrudur? – Deputatlardan MÜNASİBƏT
    • 21-12-2022, 15:26
    • 179

“Yolka”ların üzərindən şəhidlərin fotolarını asmaq doğrudur? – Deputatlardan MÜNASİBƏT

Bakıda şəhidlərin fotolarında ibarət “yolka”lar satışa çıxarılıb. Görüntülər sosial şəbəkələrdə ciddi etiraza səbəb olub.

Məsələnin aktuallığını nəzərə alıb, qərara gəldik ki, millət vəkillərinin fikirlərini öyrənək. 

Milli Məclisin deputatı Razi Nurullayev News24.az-a açıqlamasında bildirib ki, atılan addım doğru deyil: “İnsanlar şam ağacının ətrafında deyib-gülüb, rəqs edirlər, Yeni İl qeyd olunur. Bu simvolik ağacdan şəhidlərimizin fotolarını asmağa ehtiyac yoxdur. Şəhidlərin hər biri qəlbizimizdədir, xatirələri əzizdir. Onların haqqında süjetlər qalır, adlarına bulaqlar, abidələr tikilir, fotoları xüsusi lövhələrdə əbədiləşdirilir, bunlar lazımdır. Ancaq “yolka”ların üzərinə fotolarını vurub satışa çıxarmaq və ya biznesə çevirmək qəbuledilməzdir”. 

Millət vəkili Fazil Mustafa isə hesab edir ki, bu məsələdə həssas yanaşmalıyıq: “Bu davranışlar təhqir etmək niyyəti ilə olmursa, məsələnin üzərinə çox getmək doğru deyil. İnsanların hamısına eyni fikri öyrətməz olmaz. Təbii ki, etməsələr daha yaxşıdır. Ancaq olubsa da, bizim sərt münasibət bildirməyimiz düzgün deyil”.