"15-19 yaşlı qızlar arasında əsas ölüm səbəbi hamiləlikdir"
    • 21-12-2022, 16:17
    • 328

"15-19 yaşlı qızlar arasında əsas ölüm səbəbi hamiləlikdir"

Beynəlxalq araşdırmaların nəticələri göstərir ki, 15-19 yaşlı qızlar arasında əsas ölüm səbəbi hamiləlikdir. 19-25 yaş arasında  uşaq dünyaya gətirən qadınlarla 18 yaşdan aşağı  ana olmaq istəyən qadınları müqayisə etsək, 18 yaşdan aşağı ana ölümü hallarının daha çox olduğunu görürük. 15 yaşdan kiçik ana olmağa hazırlaşan qadınlarda isə hamiləlik zamanı da fəsadlar müşahidə olunur. Bu yaşda hamiləlik erkən düşüklər, vaxtından əvvəl doğuşlarla nəticələnə bilər.

News24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Monitorinq və təhlil şöbəsinin həkim-metodisti Afət Məmmədova deyib. 

Qumral Əliyeva