Misir Mərdanov Vasif Talıbova saxta diplom verib? - İDDİALARA AYDINLIQ GƏTİRİLDİ
    • 22-12-2022, 15:02
    • 403

Misir Mərdanov Vasif Talıbova saxta diplom verib? - İDDİALARA AYDINLIQ GƏTİRİLDİ

Milli Məclisin deputatı Etibar Əliyev Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovla bağlı şok iddia ilə çıxış edib.  Deputat  Vasif Talıbovu savadsızlıqda ittiham edərək onun saxta diplom aldığını yazıb. O bildirib ki, Vasif Talıbova saxta diplomu Misir Mərdanov verib.

Məsələ ilə bağlı News24.az-a açıqlama verən Misir Mərdanovun köməkçisi yayılan məlumatları təkzib edib:

"Bu  informasiyalar yalandır və həqiqəti əks etdirmir. Misir müəllim 1998-ci ildə artıq nazir olmuşdu.  Bu barədə internetdə də məlumatlar qeyd olunub".

Aynurə