-
- 22-12-2022, 23:29
- 266
“Gələcəyini dizayn et” layihəsinin açılış mərasimi keçirildi
21 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibi olan “Gələcəyini dizayn et” layihəsinin açılış mərasimi keçirilib.
Tədbir zamanı öncə layihə rəhbəri Solmaz Məmmədli iştirakçılara layihə haqqında ətraflı məlumat verib və bəclərini təqdim edib. Daha sonra layihənin tərəfdaşı olan Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon filialının sədri Bəhram Şeydayev çıxış edərək təmsil etdiyi təşkilat haqqında ümumi məlumat verib və iştirakçılara uğurlar arzulayıb. Layihənin təlimçisi Xanımzər Məmmədova layihə iştirakçıları ilə tanış olub və öz fəaliyyəti haqqında məlumat verib.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra dərslərin daha effektiv keçirilməsi və layihə iştirakçılarının praktiki təcrübəsinin olması üçün Xətai metrosu yaxınlığında yerləşən yeni tikilmiş yaşayış binasına gedilib və onlara orada olan tikintinin lazer metrə ilə ölçü götürülməsi, eskiz çəkilməsi və bəzi görünən memari konstruksiyalar haqqında təlimçi Xanımzər Məmmədova məlumat verib.
Dərslər, 22 dekabr tarixindən həftənin 1 və 4-cü günləri Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təlim mərkəzində keçiriləcək. Layihə çərçivəsində maddi cəhətdən ehtiyacı olan 20 nəfər gəncə 1 ay müddətinə ödənişsiz AutoCad proqramı tədris ediləcək.
Qeyd edək ki, layihə Azərbayan Respublikasının Gənclər Fondunun maliyyə, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təşkilatı dəstəyi ilə həyata keçirilir.