Sabahdan bulvarda bayram şənlikləri başlayır
    • 23-12-2022, 11:59
    • 247

Sabahdan bulvarda bayram şənlikləri başlayır

Dənizkənarı Bulvar İdarəsi tərəfindən Dənizkənarı Milli Parkda Yeni il şənlikləri ilə bağlı hazırlıq işləri yekunlaşdırılır.

News24.az xəbər verir ki, bulvar ərazisindəki ağaclar və işıq dirəkləri çılçıraqlarla yeni il ab-havasında bəzədilir, yeni ilin rəmzlərindən ibarət rəngarəng kompazisiyalar (bəzəklər, müxtəlif oyuncaqlar) qurulur.


Bundan əlavə, 24 dekabr 2022-ci il tarixindən uşaqların istirahətini yüksək səviyyədə təmin etmək məqsədilə Milli Parkın “Köhnə bulvar” ərazisində əyləncəli-musiqili proqramlar təşkil olunacaq.

Dənizkənarı Bulvar İdarəsi tərəfindən təşkil olunacaq Yeni il şənliyi 8 yanvar 2023-cü il tarixinə kimi davam edəcək.