Sərnişin avtobusu yük maşını ilə TOQQUŞDU
    • 23-12-2022, 18:10
    • 274

Sərnişin avtobusu yük maşını ilə TOQQUŞDU

Bu gun saat 17:30 radələrində Bakı-Qazax yolunun 114-cü kilometrliyində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

DİN-dən News24.az-a verilən məlumata görə, “Mercedes Benz” markalı, 90-BL-403 dövlət nömrə nişanlı sərnişin avtobusu Bakı istiqamətinə hərəkət edərkən köməkçi yoldan əsas yola çıxan 10-ZH-449 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində bir nəfər sərnişin yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisə yerinə dərhal DYP əməkdaşları cəlb edilib. Sözügedən yolda nəqliyyatın hərəkəti tənzimlənib.