"Vardanyan dərhal Dağlıq Qarabağı tərk etməlidir" - Ceyhun Bayramov
    • 23-12-2022, 18:49
    • 324

"Vardanyan dərhal Dağlıq Qarabağı tərk etməlidir" - Ceyhun Bayramov

“Ruben Vardanyanın fəaliyyəti kriminal avantürist xarakter daşıyır və buna dərhal son qoyulmalıdır”

News24.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı ilə danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.


Bayramovun sözlərinə görə, Vardanyan dərhal Dağlıq Qarabağı tərk etməlidir.

“Həmin şəxs bölgəni nə qədər tez tərk etsə, hamı üçün bir o qədər yaxşıdır. Əvvəla, yerli əhali əziyyət çəkir, onların yenidən inteqrasiyasına imkan vermir”, - deyən Azərbaycan rəsmisi Vardanyanın gəlişinə qədər “müsbət dəyişikliklər”in və “müsbət təmasların” olduğunu da vurğulayıb. /unikal/