Samuxda yeniyetmə dəm qazından zəhərlənib
    • 23-12-2022, 20:44
    • 292

Samuxda yeniyetmə dəm qazından zəhərlənib

Samuxda zəhərlənmə faktı qeydə alınıb.

Hadisə rayonun Eldar-Kəsəmən kəndində baş verib.

2008-ci il təvəllüdlü Rahib Abdulayev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 14 yaşlı oğlanın vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 14 yaşlı yeniyetmə yaşadığı evdə dəm qazından zəhərlənib. /APA/