Kür çayında bir nəfər batdı
    • 24-12-2022, 11:32
    • 263

Kür çayında bir nəfər batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Tovuz rayonu, Qədirli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.