KİV: Türkiyə və Rusiya Ankaranın Suriya hava məkanından istifadəsini müzakirə edirlər
    • 25-12-2022, 15:58
    • 255

KİV: Türkiyə və Rusiya Ankaranın Suriya hava məkanından istifadəsini müzakirə edirlər

Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, Ankara və Moskva mümkün transsərhəd əməliyyatı üçün Türkiyə Hərbi Hava Qüvvələrinə Suriya üzərində hava məkanının açılması ilə bağlı danışıqlar aparır.

News24.az xəbər verir ki, bu barədə bazar günü Daily Sabah məlumat yayıb.

“Biz Rusiya ilə bütün məsələlər, o cümlədən hava məkanının açılması ilə bağlı danışıqlar aparırıq” - nəşr Akarın Suriya üzərində hava məkanının açılmasının mümkünlüyü ilə bağlı jurnalistin sualına verdiyi cavabı dərc edib.

Eyni zamanda bildirilir ki, Akarın Türkiyə Milli Müdafiə Nazirliyinin saytında dərc olunan bəyanatında ölkələrin bu məsələni müzakirə etdiyini göstərən sitat yoxdur. /APA/