Türkiyənin Suriyaya soxulması itki ilə nəticələndi - 3 ölü, 12 yaralı
    • 19-08-2019, 17:48
    • 930

Türkiyənin Suriyaya soxulması itki ilə nəticələndi - 3 ölü, 12 yaralı

Bu gün Türkiyə ordusunun Suriyaya daxil olması itki ilə nəticələnib. 

News24.az "Anadolu" xəbər agentliyinə istinadən xəbər verir ki, Suriya Hava Qüvvələrinin Türkiyəyə aid hərbi konvoyu vurması nəticəsində 3 hərbçi ölüb, 12-si isə yaralanıb. Barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb: "Rusiya ilə mövcud müqavilələrə, əməkdaşlıq və dialoqa zidd olan bu hücumu qəti şəkildə pisləyirik". 

Qeyd edək ki, bu gün Türkiyə ordusu Suriya sərhəddini pozaraq Xan-Şeyxunun İdlib bölgəsinə istiqamətlənib.