20 yaşlı aktrisa çəkiliş zamanı qrim otağında həyatına qəsd etdi - FOTO
    • 26-12-2022, 11:21
    • 313

20 yaşlı aktrisa çəkiliş zamanı qrim otağında həyatına qəsd etdi - FOTO

Hindistanlı aktrisa Tunişa Şarma “Əli Baba: Döyüşçü əfsanəsi” filminin çəkilişləri zamanı soyunub-geyinmə otağında ölü tapılıb.

News24.az xəbər verir ki, 20 yaşlı aktrisa intihar edib.

Hadisə şahidləri T.Şarmanı xəstəxanaya çatdırsalar da həkimlər onun həyatını xilas edə bilməyiblər.

Şarma ilə birlikdə onun sevgilisi Şizan Məhəmməd Xan da serialın çəkilişində iştirak edib.

Aktrisanın həmkarları onun qəribə davranışını görmədiklərini, sosial şəbəkələrdə qızın çəkilişdən kadrlar yayımladığını və pərəstişkarlarını layihənin davamını izləməyə çağırdığını bildirib. 

Polis Tunişa Şarmanın ölümünün hansı şəraitdə baş verdiyini araşdırır. /İndia Today/

Teymur Məmmədov