-
- 29-01-2019, 12:13
- 1 234
Tanınmış aktrisa məhkəmədə uduzdu - 112 min cərimə ödəyəcək - FOTO
Tanınmış türkiyəli aktrisa Deniz Baysal məhkəmədə uduzub.
News24.az xəbər verir ki, TRT1-də yayımlanan "Sevda kuşun kanadında" adlı serialdakı rolunu yarım qoyaraq "Rüzgarın kalbi" serialında çəkilməyə başlayan aktrisadan məhkəmə yolu ilə 260 min TL miqdarında təzminat tələb olunub. Lakin aktrisa çəkiliş prosesinin yorucu olduğunu və ödənişlərin gecikdiyini səbəb gətirərək sözügedən təzminatı ödəməkdən imtina edib.
Buna baxmayaraq məhkəmə aktrisanın səbəblərini haqsız sayıb və onun əleyhinə qərar çıxarıb. Qərara əsasən D.Baysal serialı ərsəyə gətirən şirkəyə 112 min TL təzminat ödəməlidir.
Teymur MƏMMƏDOV