Döşəmə qızdırıcısı faciəyə səbəb oldu - NƏNƏ VƏ NƏVƏSİ YANARAQ ÖLDÜ
    • 26-12-2022, 11:47
    • 334

Döşəmə qızdırıcısı faciəyə səbəb oldu - NƏNƏ VƏ NƏVƏSİ YANARAQ ÖLDÜ

Rusiyada faciə yaşanıb.

News24.az
xəbər verir ki, İrkutsk vilayətində 69 yaşlı qadın 8 yaşlı nəvəsi ilə evdə yanaraq ölüb.

İlkin məlumata görə, yanğına xalçanın altındakı elektrik döşəmə qızdırıcısında yaranan qısaqapanma səbəb olub.

Məlum olub ki, mənzili qızdırmaq üçün sistem davamlı olaraq şəbəkəyə qoşulub.

Nənə və nəvəsi yuxuda olarkən dəm qazından zəhərlənib. /Ren Tv/

Teymur Məmmədov