Polis maşını ilə “Mercedes” toqquşdu - Ağır yaralılar var
    • 26-12-2022, 14:42
    • 175

Polis maşını ilə “Mercedes” toqquşdu - Ağır yaralılar var

Dekabrın 26-da saat səhər 9 radələrində Bərdə rayonu ərazisində Laçın rayon sakini Cavid Xurşudovun və polis baş serjantı Vüsal Əbdüləzimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Bu barədə News24.az-a DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib. Xəbərə görə, nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.