Ağstafada mikroavtobusla yük maşını toqquşdu, ölən və yaralananlar var
    • 29-03-2022, 13:27
    • 680

Ağstafada mikroavtobusla yük maşını toqquşdu, ölən və yaralananlar var

Bakı-Qazax magistralında baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı 4-ə çatıb.

Hadisə yerinə Ağstafa rayonundan 2, Qazax rayonundan 1, 113-Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə 1 "təcili yardım" avtomobili cəlb olunub.

İlkin məlumatlara görə, yol qəzasında xəsarət alanlardan 3-ü Ağstafa, 1-i isə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bundan başqa hadisə zamanı ölən 1 nəfərin meyiti Səhiyyə Nazirliyinin Məhkəmən Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. /Report/

12.43

Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Gəncə-Ağstafa xətt marşurutu üzrə sərnişindaşımanı həyata keçirən "Mercedes" markalı mikroavtobusla yük avtomobili toqquşub.

Baş verən ağır yol qəzası zamanı bir nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı bildirilir. Hadisə yerinə Təcili Tibbi Yardım maşınları və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib. /Report/

Faktla bağlı araşdırmalara başlanılıb.