-
- 26-12-2022, 17:09
- 338
"Hazırda koronavirusun 4 forması yayılıb" - Adil Qeybulla
"Payız və qış aylarında respirator xəstəliklərin yayılması daha da kəskinləşir. Son günlərsə ölkəmizdə qrip adı altında ümumiləşdirilən çoxsaylı belə respirator xəstəliklər yayılıb".
Bu fikirləri News24.az-a açıqlamasında tibb üzrə elmlər doktoru, həkim Adil Qeybulla deyib.
Onun sözlərinə görə, bu respirator xəstəliklər arasında koronavirusun 4 forması (Covid19-un omikron ştamının mutasiyaya uğramış formaları) daha geniş yayılıb: "Ölkəmizdə virus xəstəliklərinin antibiotiklə müalicəsi aparılır. Lakin bu düzgün yöntəm deyil. İnsanlar yanlış antibiotiklərdən istifadə edirlər. Bu da sonradan ciddi fəsadlara səbəb olur. Halbuki antibiotiklərin viruslara təsiri yoxdur. Birmənalı şəkildə insanlara antibiotik satışı qadağan edilməlidir. Dünyanın hər yerində belədir. Hesab edirəm ki, bu məsələlər qaydaya salınmalıdır. Bundan başqa, respirator xəstəliklərin müalicəsi üçün insanlara tövsiyələr verilməlidir. Bu tövsiyələri isə Səhiyyə Nazirliyi və TƏBİB hazırlamalıdır. Nəzərə almalıyıq ki, pandemiya hələ bitməyib".
Aynurə