Arif Alışanov danışdı: “Sədr kimi vəzifədən getmişəmsə, orada qala bilmərəm”
    • 18-01-2019, 13:21
    • 1 036

Arif Alışanov danışdı: “Sədr kimi vəzifədən getmişəmsə, orada qala bilmərəm”

"Mən iqtisadçıyam, işlərimi bu istiqamətdə davam etdirəcəyəm” 

Ölkə başçısının 15 yanvar 2019-cu il tarixli sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (azTV) sədri vəzifəsindən azad olunmuş Arif Alışanov modern.az-a açıqlama verib.

Keçmiş sədr ölkə başçısnını qərarının müzakirə olunmadığını bildirib: "Cənab Prezidentin sərəncamı müzakirə olunmur. Biz bir daha cənab Prezidentə təşəkkür edirik. Ölkə başçısı hər şeyi hamıdan yaxşı bilir”.

A.Alışanov hazırda AzTV-də sədr səlahiyyətlərini icra edən jurnalist Rövşən Məmmədovla bağlı fikirlərini də bölüşüb: "Biz ölkə başçısına bir daha təşəkkür edirik ki, yeni sədr kimi AzTV-nin yetirməsi olan Rövşən Məmmədova etimad göstərib. Rövşən çox tərbiyəli, bacarıqlı, siyasi hazırlıqlı jurnalistdir. Cənab Prezidentə təşəkkür edirik ki, işlərin davam etdirilməsi üçün kollektivimzidən birini seçib”.

A.Alışanov bundan sonra AzTV-də hər hansı bir vəzifədə fəaliyyətini davam etdirib-etdirməyəcəyi barədə suallara da aydınlıq gətirib: "Sədr kimi vəzifədən getmişəmsə, orada qala bilmərəm. Mən iqtisadçıyam, işlərimi bu istiqamətdə davam etdirəcəyəm”.

//Azxeber